Bakının Sabunçu rayonunda 22 yaşlı oğlan hündürlükdən yıxılıb öldü..
Movqe.az-ın publika.az-a istinadən məlumatına görə, dünən axşam Bakıxanov qəsəbəsində 22 yaşlı oğlan yaşadığı evin 17-ci mərtəbəsindən yıxılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisə ilə bağlı Sabunçu rayon Prokrurluğunda araşdırmaya başlanılıb. Hadisənin intihar və ya bədbəxt hadisə olub-olmadığı araşdırılır.