İspaniya Primerosunda 10-cu tura "Riasor" stadionunda start verilib. "Deportivo"nun "Getafe"ni qəbul etdiyi oyun kifayət qədər maraqlı alınıb. Movqe.az goal.az-a istinadən xəbər verir ki , La Korunya klubu təhlükəli zonaya yaxın yerləşdiyi üçün qələbə qazanmalı idi.
Oyunda vurulan ilk top avtoqol kimi qeydə alınıb. 35-ci dəqiqədə Fabri topu öz qapısında keçirməklə "Getafe" azarkeşlərini sevindirib. İkici hissəən dərhal sonra qonaqlar hesab arasındakı fərqi 2-ə yüksəldiblər. Anhel Lafita hədəfdən yayınmayıb. "Deportivo"nun çalışdırıcısı Kozmin Kontra bir neçə dəyişiliyə əl atsa da, komandası yalnız təsəlli qolunu vura bilib. 80-ci dəqiqədə Toçe Verdunun cərimə meydançası axilində ötürməsini Helder Poştiqa dəqiq zərbə ilə tamamlayıb. Oyunda başqa qol olmayınca 3 xalı "Getafe" qazanıb.
Deportivo La Coruna1-2Getafe
Poştiqa (80) Fabri (avt. 35)
Lafita (46)