BMT Donbasda ölən və yaralananların sayını açıqladı

1 Noyabr 2014 20:08 (UTC+04:00)

Ukraynanın cənub-şərqində münaqişə nəticəsində ölənlərin sayı dörd mini keçib.

Movqe.az publika.az-a  istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin humanitar məsələlərinin koordinasiyası üzrə idarənin məruzəsində deyilir.

"Ukraynanın şərqində ən azı 4035 insan ölüb, 9336-i isə yaralanın", - deyə BMT-nin məruzəsində qeyd olunub.

Burada hərbi əməliyyatlar 2014-cü ilin aprelində başlayıb. Sentyabrın 5-də Ukrayna hakimiyyəti ilə separatçılar arasında atəşkəs razılaşması imzalansa da atəşkəs mütəmadi olaraq pozulur.