La Liqanın cari çempionu "Atletico Madrid" 10-cu turda "Vicente Calderon" stadionunda "Cordoba"nı qəbul edib. Turnir cədvəlinin aşkar autsayderi olan qonaqların bu matçdan 3 xalla ayrılacağı gözlənilmirdi. Oyundan-oyuna artıran Diyeqo Simeonenin yetirmələri isə qələbə qazanmaqla müvəqqəti olsa da, üçlüyə dail ola bilərdi.
Oyun meydan sahiblərinin hücumları ilə başlayıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki , arenaya toplaşan azarkeşlər ilk qolu 44-cü dəqiqədə izləyə biliblər. Antuan Qrizmann hesabı açıb. Fasilədən sonra "Cordoba" tarazlığı bərpa edib. 53-cü dəqiqədə Nabil Gilaz fərqlənib. Lakin qonaqların qol sevinci 5 dəqiqə çəkib. Bu dəfə də Qrizamann rəqib qapısının torunu silkələyib. "Atletico" 62-ci dəqiqədə Mandzukiçin sayəsində 3-cü qolu vurub. 80-ci dəqiqədə Raul Qarsia 4-cü dəfə Miroslav Cukiçin komandasını məyus edib. Qeyd edək ki, hər iki qolun məhsuldar ötürməsini Koke edib. Matçda son qol yenə Nabil Gilazdan gəlib. Əlcəairli hücumçu 87-ci dəqiqədə dubla imza atsa da, komandasını məğlubiyyətdən xilas edə biləyib 2-4.
Atletico Madrid4-2Cordoba
Qrizmann (44, 58) Gilaz (53, 87)
Mandzukiç (62)
Raul Qarsia (80)
Share on vkShare on facebookShare on mymailruShare on favoritesMore Sharing Services0