Movqe.az Milli.Az-a istinadən bildirir ki, Böyük Çin fayrvolu proqramının işini izləyən GreatFire.Org saytının məlumatına görə, Viber messenceri Çinin 67% ərazisində bloklanıb.
Adıçəkilən ölkə ərazisində olan TechCrunch nəşrinin müxbiri tətbiqdən istifadə edə bilməyib: messencer sadəcə onun tərəfindən yazılmış mesajları ötürməyib. Müxbir, həmçinin brauzer vasitəsilə Viberin saytına girməyə müvəffəq olmayıb. Tətbiq əvvəlki kimi VPN vasitəsilə əlçatandır.