Tanınmış müğənninin ad günüdə əlbəyaxa dava düşdü - FOTOLAR
3 Noyabr 2014 11:12 (UTC+04:00)
Müğənni Arzu Mələk özünə təmtəraqlı ad günü keçirib. Paytaxt
restoranlarının birində baş tutan gecəyə bir çox tanınmışlar dəvət
olunub. Mövqe.az xəbər verir ki, mərasimdə xalq artisti Flora
Kərimova, əməkdar artist Cavanşir Məmmədov, Teymur Mustafayev,
aktyor Fizuli Hüseynov, Təranə- Musa cütlüyü, Manaf Ağayev, aşıq
Namiq Fərhadoğlu, aktyor Elməddin Cəfərov və başqaları
iştirak edib.
Üç qız anası olan Arzu Mələk Mövqe.az-ın əməkdaşı ilə danışan
zaman bildirib ki, həyatında heç vaxt ağ gəlinlik geyməyib. Ona
görə də bu xoş günündə geyim olaraq məhz ağ gəlinliyə üstünlük
verib.
Gecə nə qədər xoş, şən davam etsə də sonda dava düşüb. Belə ki,
mərasimdə Musa Musayevlə Nazəninin prodüseri Pərviz arasında
əlbəyaxa dava düşüb.
Gecə zamanı çəkilən fotoları Mövqe.az sizə təqdim
edir: