Azərbaycanda nadir hadisələrdən
biri baş verib.
Bakı şəhərində gənc ana üçəm dünyaya gətirib. Xətai rayon sakini
olan 27 yaşlı Samirə Adıgözəlovanın 3 saylı Şəhər Xəstəxanasında 3
qız övladı doğulub.
Movqe-ın məlumatına görə, Doğuş şöbəsinin həkimi Arzu Babayeva Milli.Az-a açıqlamasında bildirib ki, S.Adıgözəlovanın ikinci hamiləliyi olub. Körpələrin çəkisi 1600, 1700, 1800 qramdır.
S.Adıgözəlova əlavə edib ki, üçəmlərdən başqa, bir qız övladı var. Hazırda 4 uşaqla qaynatasının Sabunçudakı evində yaşayır. Üçəm anası maddi problemlərindən söz açdı, dövlətin köməklik etməsini xahiş etdi.