"Onu seçdim və inanıram qəbrə qədər mənimlə birgə olacaq"- Nigar

4 Noyabr 2014 14:20 (UTC+04:00)

Müğənni İradə İbrahimovanın bacısı Nigar "Düzünü Desək" verilişində qonaq olub

Gecce.az xəbər verir ki,verilişdə qonaq olan vizajist şəxsi həyatından danışıb.

 

"20 yaşım olanda heç vaxt istəmirdim boşanmış insanla ailə həyatı qurum.Bir gün qarşına elə bir insan çıxa bilər ki,dediyindən vaz keçə bilərsən.Hamının həyatında yalnışı,səhvi olur.Mən ailə qurduqum insanın son bir ilini araşdırmışam.25 yaşımda yox,34 yaşımda ailə həyatı qurdum.Ərə getmək xatirinə bunu istəsəydim çoxdan etmiş olardım.3 dəfə ərə gedərdim.Qarşıma bu günə qədər çox kişilər çıxıb.Onların kim olduqunu məni tanıyanlar bilir.Ərimin keçmiş ailəsinin daqılmasında ilk onda problem axtarırdım.Sonda gördüm o yaxşı insandır.Bir insan valideyninin,övladının qayğısını çəkirsə pis adam ola bilməz.Kişi içib,çəkib və gəzə bilər.Aqıllı qadın onu evinə gətirməyi bacarmalıdır.Hər şeyi kişiyə yük etmək olmaz.Həyat yoldaşım zəhmətkeş insandı.Mənim həyatda heçnəyə ehtiyyacım yox idi.Bircə mənə dayaq,arxa ola biləcək insandan başqa.Düşünmədim ki,birinci alınmayıbsa ikinci ondanda betər olacaq.Onu seçdim və inanıram qəbrə qədər mənimlə birgə olacaq.

 

Qeyd edək ki,Nigar ötən il Ruslan adlı bəylə ailə həyatı qurub.Ruslan Nigardan öncə bir dəfə ailəli olub.