"Kara Para Aşk" serialında Bahar rolunu canlandıran aktrisa Tuvana Türkayın sevgisinin qurbanı olduğu deyilir. Belə ki, türk mətbuatında yazılanlara əsasən aktrisanın eyni filmdə baş rolda çəkildiyi sevgilisi, aktyor Engin Akyürekdən ötrü Romaya getdiyi və bunun üçün filmin prodüserindən icazə almadığı kimi məlumatlar dərc olunub. Ancaq Tuvana Türkay bütün deyilənləri təkzib edib. "Beyaz TV"də yayımlanan "Söyləməsəm olmaz" proqramının aparıcılarından olan Duyğu Çetinkaya, Tuvana Türkay ilə danışdığını və məşhur aktrisa haqqında yayılan xəbərlərin əsassız olduğu açıqlayıb.