Ramil Usubovdan yeni - TƏYİNAT

4 Noyabr 2014 20:30 (UTC+04:00)
Daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rafiq Abbasov vəzifəsindən azad edilib və DİN-in Baş Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Nazirin digər əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov təyin edilib.

Yeni təyinatlarla bağlı məlumatları DİN-in mətbuat xidməti təsdiqləməyib.