“Azərneftyağ” bağlanır
5 Noyabr 2014 14:00 (UTC+04:00)
"Azərneftyağ" Neft Emalı Zavodunun yaxın 2-3 ilə
istismarının dayandırılması planlaşdırılır.
"APA-Economics"in məlumatına görə, bu barədə
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev
bildirib.
ARDNŞ prezidenti qeyd edib ki, istismarın
dayandırılmasından sonra zavodun binası da söküləcək: "Zavodun
fəaliyyətinin dayandırılması üçün hazırlıq işləri görülür. Yəqin
ki, 2017-ci ilə bitum və müəyyən yağ istehsalı Heydər Əliyev adına
Neft Emalı Zavodunda həyata keçiriləcək. Bundan sonra isə zavodun
istismarı dayandırılacaq", - deyə o əlavə edib.