Futbolçudan arvadına 1,8 milyonluq hədiyyə (FOTO)

5 Noyabr 2014 21:00 (UTC+04:00)

Türkiyənin "Fənərbaxça" futbol klubunun oyunçusu Caner Erkin həyat yoldaşı Asena Erkinə həyatının ən bahalı hədiyyəsini alıb. Movqe.az-ın məlumatına görə, tanınmış futbolçu həyat yoldaşına yaşıl rəngli "Lamborghini" hədiyyə verib.Son günlər aralarında problem yaranan cütlük indi gündəmə həmin avtomobil vasitəsilə gələcəklər.

Qiyməti 1,8 milyon olan yaşıl rəngli idman avtomobilində fotoları yayılan Asena Erkin bildirib ki, bu həyatının ən bahalı avtomobilidir. O, əlavə edib ki, "Lamborghini"ni ona əri hədiyyə edib və bu gün ilk dəfədir bahalı maşında gəzir.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin "Fənərbaxça" futbol klubunun oyunçusu Caner Erkin və həyat yoldaşı Asena Erkin arasında münasibətlər soyumuşdu. Buna səbəb onların arasında yaranan mübahisələr olub.