İslam qibləsində qətliam
5 Noyabr 2014 18:33 (UTC+04:00)
İsrail gücləri bu gün səhər saatlarında İslamın
ilk qibləsi olan Əl-Əqsa məscidində qan
töküb.
ANS PRESS-in məlumatına görə, Qüdsdə yerləşən və
Məhəmməd peyğəmbərin Meraca yüksəldiyi məscidə səhərə yaxın 100
yəhudi daxil olub. Məsciddə ibadət edən müsəlmanlar onların daxil
olmasına etiraz ediblər. İsrail əsgərləri fələstinlilərin üzərinə
plastik güllə, səs və qaz bombaları ilə hücum ediblər. Nəticədə 27
adam yaralanıb.
Hadisə Qüdsün məscid ətrafındakı küçələrinə də
keçib. Avtomobilini piyadaların üzərinə sürərək 10 adamın
yaralanmasına səbəb olan bir sürücü İsrail polisi tərəfindən
vurularaq öldürülüb.