Ukraynada oktyabrın 26-da keçirilmiş növbədənkənar seçkindən sonra parlamentdə 6 iri deputat fraksiyası formalaşır.
Pyotr Poroşenko bloku – prezident partiyası Ali Radaya 132 mandat (majoritar sistemlə 69, proporsional sistemlə 63) qazanıb.
Baş nazir Arseni Yatsenyukun partiyası – Xalq Cəbhəsi 82 mandat (majoritar sistemlə 18, proporsional sistemlə 64) götürüb.
"Samopomoş" blokunun 33 (majoritar sistemlə 1, proporsional sistemlə 32) mandatı var.
Müxalif blok 29 mandat (majoritar sistemlə 2, proporsional sistemlə 27) əldə edib.
Radikal Partiyaya 22 (hamısı proporsional sistem üzrə) mandat düşüb.
"Media forum" saytı xəbər verir ki, sabiq baş nazir Yuliya Timoşenkonun "Batkivşina" bloku 19 mandatla (majoritar sistemlə 2, proporsional sistemlə 17) kifayətlənib.