Azərbaycana 750 milyon
5 Noyabr 2014 21:19 (UTC+04:00)
Asiya İnkişaf Bankı 2014-2017-ci illər ərzində
Azərbaycana təxminən 750 milyon ABŞ dolları həcmində vəsait
ayırmağı planlaşdırır.
ANS TV-nin məlumatına görə, bunu Asiya İnkişaf
Bankının Prezidenti Takehiko Nakao Bakıda keçirdiyi mətbuat
konfransında bildirib. O deyib ki, Azərbaycan maliyyə resursları
baxımından korluq çəkmir və bu səbəbdən ayrılan vəsaitin həcminin
ciddi artacağı gözlənilmir.
"Asiya İnkişaf Bankının Azərbaycanla bağlı
2014-2018-cü illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası ölkəyə öz
iqtisadiyyatını şaxələndirməkdə və özəl sektoru inkişaf etdirməkdə
kömək edəcək. Həmçinin AİB-dən kreditlər aldıqda kredit vəsaitləri
ilə bağlı səriştəmiz və biliklərimiz də Azərbaycana ötürüləcək. AİB
öz dəstəyini nəqliyyat, enerji və şəhər xidmətləri, eləcə də kiçik
və orta biznesin və dövlət-özəl sektorları arasında tərəfdaşlığın
inkişafına yönəldəcək. Bu sektorların inkişafı yeni iqtisadi
imkanlar yaradacaq və onları inkişaf etdirəcək"? - deyə bank
prezidenti qeyd etdi.