Qara dərili ana-atanın fosfor uşaqları var - FOTO/VIDEO

6 Noyabr 2014 12:03 (UTC+04:00)

Uşaqlarının yanında onların dayəsi kimi görünən qadın əslində analarıdır. Bəli, Braziliyada yaşayan Rosemere Fernanda de Andrade adlı qara dərili qadının 2-si qara dərili, 3-ü fosfor olan uşaqları var. Movqe.az xəbər verir ki, Rosemere və əri Joao-hər ikisi qara rəngli olsa da, onların solğun rəngli, ağ drili, sarı saçlı və mavi gözlü uşaqları var. 14 yaşlı Ras, 12 yaşlı Estefani 9 yaşlı Kaouan albiniz xəstəliyindən əziyyət çəkir. 

Albinizm cəmiyyətimizdə nadir rast gəlinən, lakin insanların marağına səbəb olan nadir xəstəliklərdən biridir. Belə insanlar dərisi ağ rəngli olmaqla, ətrafdakıların diqqətini öz üzərlərinə cəmləyirlər. Onlar elmi dildə "albinos" adlanır. Bu söz latın dilində "alba" sözündən törəyib və "ağ" mənasına gəlir. Albinizm xəstəliyinə tutulanlardan çoxu bunu kompleks hesab etsə də, bəziləri insanların reaksiyalarına alışdığını söyləyir.Albinizm anadangəlmə dəriyə rəng verən piqmentin olmaması xarakterizə olunur. Mütəxəssislər albinizmi xəstəlik hesab etmirlər. Albinizmin səbəbi dəridə Melanin əmələ gətirən melanositlərin çatişmazlığı, və ya olmamasıdır.

Xəstəliyin əsas xarakterik əlamətini törədən amil melanin piqmentinin olmaması və ya catışmazlığıdır. Səbəblərinə isə hipofizin orta payının Melanosit stimuləedici hormon (MSH) və dəridə melanositlərin, hansı ki dəriyə rəng verən piqmenti-melanini əmələ gətirirlər, funksiyasını yerinə yetirə bilməməsi -funksional çatışmazlığıdır.