Bu sözləri Movqe.az-a "ANS" də yayımlanan "Bazar səhəri" verilişində müğənnilərin biri-birinə qeyri-etik fikirlər səsləndirməsinə münasibətində Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib. T. Dadaşov deyib ki, son vaxtlar telekanallardakı verilişlərdə reytinq xatirinə bu cür qalmaqallara, qeyri-etik ifadələrin işlədilməsinə şərait yaradılır: "Həmin verilişlə bağlı ictimai qınaq oldu. Telekanalları başa düşürük, reytinqdə biri-birindən önə keçmək, verilişi baxınmlı etmək istəyirlər. Amma bu yollarla reytinq əldə etmək də düzgün deyil. Bizim də yayımçılara tövsiyyələrimiz budur ki, efirdən nalayiq ifadələrin, qeyri-etik ittihamların səsləndirilməsinə şərait yaratmasınlar. Çünki, telekanallarda yayımlanana verilişlərdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı tələb var. Aparıcılar da, bu tələblərə əməl etməlidirlər".