Bu gün Azərbaycan torpaqları
uğrunda qəhrəmancasına şəhid olan qəhrəmanlarımız, Mübariz
İbrahimov və Fərid Əhmədovun II Fəxri Xiyabanda dəfn olunmasından 4
il ötür. Düz dörd il əvvəl bütün Azərbaycan Milli
qəhrəman Mübariz İbrahimov və zabitimiz Fərid Əhmədovu göz yaşları,
amma qürurla torpağa tapşırdı. Gizir Mübariz İbrahimov 2010-cu ilin
iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin
Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına
şəhid olmuşdular. Allah Vətən
uğurnda qurban gedən bütün şəhidlərimizə rəhmət etsin!
Xatırladaq ki, 2010-cu ilin noyabrın 6-da
Ermənistan Azərbaycan tərəfinə hərbi qulluqçular Mübariz İbrahimov
və Fərid Əhmədovun meyitlərini qaytarıb.