Rəqsanə və qızı əsgərlərə bir arada
7 Noyabr 2014 14:00 (UTC+04:00)
Bayraq günü münasibəti ilə müğənni Rəqsanə
İsmayılova qızı Aysun ilə Tərtər rayonunda yerləşən N saylı hərbi
hissədə olub. "Qafqazinfo"nun
məlumatına görə, konsert proqramı ilə çıxış edən müğənni əsgərlərlə
birlikdə eyni süfrə arxasında əyləşərək nahar edib.
"Əsgərlərlə birlikdə olmaq çox xoş idi. Onlar bizim
balalarımızdır. Onlarla birlikdə əyləndik, oxuduq-oynadıq, nahar
etdik. Vətənimizin keşiyini çəkən əsgərlərimizin qarşısında çıxış
etmək sənətçi olaraq hər birimizin borcudur"-, deyə ifaçı
bildirib.