"Hazırda yaş yarıma qədər körpəyə qulluq üçün ayda 30 manat, bundan sonrakı müddətdə 3 yaşına qədər uşağa qulluq etmək üçün anaya ayda 15 manat verilir. Bu məbləğ çox az olduğundan həmin məbləğ 60 manat müəyyənləşdirilsin". Movqe.az xəbər verir ki, bu təkliflə Milli Məclisin sosial siyasət komitəsinin iclasında, DSMF-nin 2015-ci il üçün dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkili Elmira Axundova çıxış edib.
Millət vəkili qeyd edib ki, bu məbləğ qonşu
dövlətlər, xüsusilə də Rusiya və Qazaxıstana nisbətən azdır: "Digər
tərəfdən, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən
Azərbaycanda uşaqlar üçün yaşayış minimumu 103 manatdır. Belə olan
təqdirdə, uşaqlara qulluq üçün nəzərdə tutulan məbləğ niyə 15-30
manat həddində olmalıdır?"
Elmira Axundova həmçinin doğuş üçün anaya verilən birdəfəlik
müavinətin məbləğinin 90 AZN-dən 100 manata qaldırılmasını təklif
edib: "Bu, 100 manata qaldırılsa, artıq kifayət qədər ciddi və
sanballı rəqəm olardı".