Masallıda region gəncləri üçün ustad dərsləri keçirilib: NLP ilə mükəmməl ünsiyyətin qurulması
8 Noyabr 2014 18:37 (UTC+04:00)
"Ayna" Gənclərin İnkişafına Dəstək İctimai Birliyi "Gənclər
təşkilatları üçün PR- xidmətin yaradılması modeli - NLP tətbiq
etməklə mükəmməl ünsiyyətin qurulması bacarıqları" adlı layihəsini
uğurla davam etdirir.
Bu yaxınlarda təşkiat Masallı şəhər gənclər mərkəzində Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyəsi ilə
reallaşan layihə çərçivəsində icra planına uyğun olaraq iki
təlim-bir günlük ustad dərsləri həyata keçirib.
Təlimin birinci dərs günü təlimçi Sənan Nəcəfovun təqdimatında
layihə haqda ətraflı məlumat verilib. Sonra kütlə qarşısında
həyəcanın aradan qaldırlması, çıxış zamanı jest, göz kontaktları,
mimika və səs tempinə diqqət yetirilməsi, diqqətçəkici, maraqlı,
təsiredici çıxış qurmaq, bədən dili, Neyro-linqvistik
proqramlaşdırma haqda anlayış, NLP ilə mükəmməl ünsiyyətin
qurulması, özünü təqdimetmə haqda peşəkar təlim standartlarına
uyğun dərs keçirilib. Masallı rayonunda fəaliyyət göstərən gənclər
təşkilatlarını təmsil edən gənclərin keçilən ustad dərslərini
mənsimsəmələri üçün təlim vorkşoplar, təlim oyunları ilə müşaiyət
olunub.
Ustad dərsləri zamanı həmçinin İmicin formalaşdırlması və hədəf
qrupları ilə iş, Liderlik, Brifinqin keçirilməsi, kamera qarşısında
mesajın verilməsi təlimləri də keçirilib.
Təlimçi S. Nəcəfov təlimin yüksək səviyyədə keçdiyindən danışıb.
Sənan müəllimin sözlərinə görə, ilk iki təlimdə Masallı rayonunda
fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri, aktiv
gənclər cəlb olunublar və bu, təlimlərin rahatlıqla
mənimsənilməsində öz təsirini göstərib. -Təlim praktikasına
əsaslanaraq biz növbəti ustad dərslərinisonra keçirməyi
planlaşdırırıq. Təlim iştirakçılarının Sosial şəbəkələrdə
paylaşdığı statuslara, bizə ünvanladıqları elektron məktublara
əsaslanaraq deyə bilərik ki, təlimlər gənclərin marağına səbəb olub
və regionda belə təlimlərin keçirilməsi təqdirəlayiq haldır.-Buna
"Yeni Həyat"ın oxucuları üçün təlimçi Sənan Nəcəfov aydınlıq
gətirib.
Təlimçi onu da vurğulayıb ki, növbəti təlimlərdə PR strategiya,
SWOT analiz, Fondrayzinq, sponsor axtarışı, Sorğu, monitorinq və
araşdırma aparça bacarıqları öyrədiləcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun maliyyəsi ilə reallaşan layihənin digər şəhər və
rayonlarda də keçirilməsi, o cümlədən Gəncə, Şirvan, Bakı, Sumqayıt
şəhərləri də nəzərdə tutulur. Bundan başqa, Masallıda olduqu kimi,
Qəbələ və Quba rayonlarında da bir günlük təlim-ustad dərsləri baş
verəcəkdir.
Təlimçi onu da vurğulayıb ki, növbəti təlimlərdə PR strategiya,
SWOT analiz, Fondrayzinq, sponsor axtarışı, Sorğu, monitorinq və
araşdırma aparıcı bacarıqları ustad dərsləri gənclərə
öyrədiləcək.
Xatırladırıq ki, Masallı gəncləri Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun maliyyəsi ilə reallaşan layihə
çərçivəsində "Ayna" Gənclərin İnkişafına Dəstək İctimai Birliyi
"Gənclər təşkilatları üçün PR- xidmətin yaradılması modeli - NLP
tətbiq etməklə mükəmməl ünsiyyətin qurulması bacarıqları" adlı
layihəsini uğurla başa çatdırdı.