Sudanın paytaxtı Xartumda Prezident Sarayına silahlı hücum olub.
Movqe.az publika.az-a istinadən xəbər verir ki, hökumətin yaydığı rəsmi açıqlamaya görə, insident Prezidet Sarayının qərb girişində baş verib. Təhlükəsizlik divarını aşan bir nəfər silahlı şəxs mühafizəçilərə atəş açıb. Nəticədə iki mühafizəçi həlak olub. Mühfizəçilərin xəbərdarlığına məhəl qoymadığından silahlı şəxs vurulub.
Açıqlamada silahlı şəxsin davranışlarının normal olmadığı bildirilib.
Hadisədən sonra sarayın ətrafnda mühafizə gücləndirilib, əraziyə bitişik yollarda avtomobillərin hərkəti məhdudlaşdırılıb.