Muskat qozunun faydaları

10 Noyabr 2014 13:01 (UTC+04:00)

Ana vətəni Morokko olan, yarpağı həmişəyaşıl ağacın yetkinləşmiş quru toxumlarıdır. Bizdə kiçik muskat qozu olaraq bilinir. Movqe.az xəbər verir ki , fındıqla qoz arasındakı ölçüdə olan ədviyyat, rəndələnərək toz halında istifadə olunur.

İstifadə edildiyi yerlər:

Şorbaların, müxtəlif souslar, xüsusilə ətin, dolmanın ləzzətləndirilməsində, yeməklərə dad və qoxu vermək məqsədiyləistifadəedilir. Rəndələnərək toz halına gətirilib istifadə edilir. Artığı beyin və sinir sisteminə mənfi təsir etdiyi üçün yeməklərdə çox az istifadə etmək tövsiyə olunur.


Vitamin tərkibi:

Qurudulmuşmuskat qozunun enerji dəyərləri olduqca yüksəkdir. Hər 100 qram muskat qozunda 662 kalori vardır. Tək birmuskatqozunun suyu bədənin gündəlik qidalanması üçün lazımlı olan C vitaminini kafi bir nisbətdə qarşılayar. Bundan başqa, B qrupu vitaminləri də tərkibinə daxildir (Niasin, pantothenic turşusu, biotin, riboflavin, fol turşusu, tiamin, pyridoxin).

Suyuna həm də natrium, kalium, kalsium, maqnezium, dəmir, mis, fosfor, kükürd və xlor da daxildir. Quru muskat qozu mədədəki turşu çoxluğuyla bağlı problemlərin müalicəsində də təsirlidir və xəstədə rahatlanma təmin edir.


Muskat qozunun faydaları:

* Reflü xəstəliyinə yaxşı təsir edir.

* Sidikqovucu bir qida olan muskat qozu qəbizliyi aradan qaldırmaqda faydalıdır.

* Böyrək daşları və qumunu salmağa köməkçi olar.

* Mədə ağrılarını yüngülləşdirər.

* Bəlğəmi kəsər.

* Ağız qoxusunu aradan qaldırar.

* İflicə və titrəməyə yaxşı təsir edir.

* Şəkərlə birlikdə yeyilsə həm bədənə çox ağırlıq verməz, həm də cinsi gücü artırar.

* Muskat qozu çox qidalandırıcı, gücləndirici və kökəldici bir qidadır.