ABŞ prezidenti İŞİD-lə mübarizənin yeni mərhələsini açıqladı

10 Noyabr 2014 14:10 (UTC+04:00)

Hava hücumları İŞİD terrorçularının döyüş qabiliyyətini azaldır və onların irəliləməsinə ciddi şəkildə mane olur.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama bildiirib.

Barak Obama hesab edir ki, əlavə 1500 əsgərdən ibarət qüvvənin təlimlər məqsədi ilə İraqa göndərilməsi İŞİD-ə qarşı mübarizədə neyi mərhələ açacaq.

ABŞ dövlət başçısı qüvvələrin sayının iki dəfə artırılmasının iraqlılara hücumlarda yardım edəcəyini desə də, amerikalı əsgərlərin döyüşlərdə iştirak etməyəcəyini bildirib.