Bu rayonlar qazsız qalacaq

11 Noyabr 2014 10:10 (UTC+04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, bu gün saat 13:00-dan 14:30-dək Şamaxı rayonunun bir hissəsinə, saat 11:00-dan 17:00-dək isə İmişli, Saatlı rayonlarına və Sabirabad rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. Fasilələrin yaranması qaz nəqli sistemində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır.