Paytaxtda dəm qazından zəhərlənənlərin şok statistikası

11 Noyabr 2014 11:55 (UTC+04:00)
Son iki həftə ərzində 16 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinə müraciət edib. Bu barədə Movqe.az-a Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. A. Maqsudov  bildirib ki, onlardan 8-i xəstəxanaya yerləşdirilib. Digər 8 nəfərə isə yerindəcə ilkin tibbi yardım göstərilib. A. Maqsudov havaların soyması ilə bağlı dəm qazından zəhərlənmə hallarının artdığını, əhalini ehtiyatlı olmağa çağırıb.