Bakıda məşhur "avtoş" tutuldu
12 Noyabr 2014 13:28 (UTC+04:00)
Bakıda avtoxuliqanlıq edən şəxs həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən
məlumata görə, bir neçə gün əvvəl elektron KİV-də və sosial
şəbəkələrdə Yasamal rayonundakı "Ağ çiçəyim" şadlıq sarayının
ətrafında naməlum sürücünün "VAZ-2107" markallı avtomobillə
avtoxuliqanlıq hərəkətləri etməsini əks etdirən videogörüntülər
nümayiş etdirilib.
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən
olunub ki, videogörüntülərdə nümayiş etdirilən avtoxuliqanlıq
hərəkətlərini Bakı şəhər sakini, 21 yaşlı Əziz Əzimov özünə məxsus
"VAZ-2107" markalı avtomobillə edib.
Ə.Əzimov saxlanılaraq barəsində toplanmış
materiallarla birlikdə məhkəməyə təqdim edilib.
Yasamal rayon Məhkəməsinin qərarı ilə o, 15 sutka
inzibati həbs və 1 il müddətinə sürücülük hüququndan məhrum
edilib