“Ebay” “Qarabağ” bayraqlarının satışına başladı - Foto

14 Noyabr 2014 09:54 (UTC+04:00)

"Ebay" onlayn ticarət şəbəkəsi üzərindən qondarma "Dağlıq Qarabağ" bayrağı olan döş nişanlarının satışına başlanılıb.Movqe.az xəbər verir ki, sayt həmçinin Dağlıq Qarabağı özünün kateqoriyalar bölümündə müstəqil ölkə kimi də göstərib. Dağlıq Qarabağla yanaşı şəbəkədə Abxaziya və Cənubi Osetiya da müstəqil ölkə kimi təqdim edilib. Həmçinin tanınmamış seperatçı rejimlərə servisin nə vaxtdan edildiyi haqqında məlumat əldə etmək mümkün olmayıb. Qeyd edək ki, eBay onlayn satış şirkəti 1995-ci ildə Kaliforniyada yaradılıb. Şirkətin yaradıcısı İran əsilli Piyerre Omidyardır. Hazırda şirkətin bir çox dünya ölkələrin nümayəndəlikləri var. Bunlar sırasında ABŞ, Argentina, Avstraliya, Belçika, Brazilya, Kanada, Çin, Türkiyə və digər ölkələrin adları yer almaqdadır.