Kredit verilməsində şok (VİDEO)
14 Noyabr 2014 18:00 (UTC+04:00)
Yalnız aylıq gəliri kredit borcundan 2 dəfə çox
olanlara kredit veriləcək. ANS TV-nin
məlumatına görə, bunu Mərkəzi Bankın baş direktoru Rəşad Orucov
açıqlayıb. "Kredit verilməsi üçün ilk
öncə aylıq gəlir müəyyənləşib, təsdiq olunmalıdır. Yəni şəxs hər ay
gəlirinin neçə hissəsini borcların ödənilməsinə yönəldə biləcək.
Məsələn biz hesablayırıq ki, kredit götürən şəxs hər ay gəlirinin
50 faizə qədərin borclarının ödənilməsinə istifadə etsin"- deyə
Rəşad Orucov izah etdi.