Putin çıxılmaz vəziyyətə düşdü

16 Noyabr 2014 10:00 (UTC+04:00)

Rusiya Ukraynadakı böhranda roluna görə Avstraliyanın Brisben şəhərinə gələn G20 sammiti iştirakçıları tərəfindən qınanıb.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, Rusiya prezidenti sammit iştirakçılarının ciddi tənqid hədəfinə çevrilib.

Kanadının baş naziri Stephen Harper rəsmi Moskvanın Ukrayna ilə bağlı mövqeyini tənqid edərək Rusiya liderindən Ukraynadan çıxmağı tələb edib.

Barack Obama isə Moskvanın aqressiyasını dünya üçün təhlükə adlandırıb. Britaniya isə Rusiyanı yeni sanksiyalarla hədələyib.