Hava ilə bağlı əhaliyə xəbərdarlıq!

17 Noyabr 2014 09:45 (UTC+04:00)

Noyabrın 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, fasilələrlə yağış yağacaq. Saniyədə 10-15 metr sürətlə şimal küləyi əsəcək, arabir 18-23 metrədək, gecə yarımadanın bəzi yerlərində 25-28 metrədək güclənəcək. Gecə və gündüz 8-10 dərəcə isti olacağı ehtimal edilir.Azərbaycanın bölgələrində arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə sulu qara və qara keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq.