"Hürrəm Sultan"in İstanbuldakı villası
17 Noyabr 2014 09:20 (UTC+04:00)
"Hürrəm Sultan" obrazı ilə məşhurlaşan aktrisa
Məryəm Üzərli Türkiyəyə geri qayıdır. Movqe.az-ın Türkiyə
mətbuatına istinadən xəbərinə görə, aktrisa bunun üçün İstanbulda
ev kirayələyib. O, bağçası və hovuzu olan villaya hər ay 15 min
lirə (5500 dollar) ödəyəcək.Tükənmişlik sindromu yaşayan və
İstanbulu tərk edən Məryəm yanvardan yeni serialda rol alacaq.
Yaşadıqlarında otel otaqlarında qalmasının da təsiri olduğunu
düşünən Üzərli yaxınlarına "Artıq bir qızım var. Onu otel
otaqlarında böyüdə bilmərəm. Qızıma sağlam və isti bir yuva
lazımdır" deyib.