Ramil Usubov rəisi işdən çıxartdı

17 Noyabr 2014 11:43 (UTC+04:00)
Daxili işlər orqanlarında daha bir kadr dəyişikliyi olub. APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi Qabil Tağıyev tutduğu vəzifədən azad edilib.Nazirin başqa bir əmri ilə Nizami Rayon Polis İdarəsinin rəis müavini İzzət Əsgərov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.