Qəhrəman şəhər Murmanskda milli-mədəni “Yedineniye” birliklərinin mini-futbol üzrə festivalı keçirilib

18 Noyabr 2014 15:49 (UTC+04:00)

Qəhrəman şəhər Murmanskda milli-mədəni "Yedineniye" birliklərinin mini-futbol üzrə festivalı keçirilib. "VAK-info" saytında ÜAK-ın müxbiri, Rusiya Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlihüseyn Şükürovun məqaləsinə istinadən bildirilir ki,Bu günlərdə Murmansk İdman Sarayının mərkəzi meydançasındamilli-mədəni birliklərin mini-futbol üzrə festivalı keçirilib.

Bədən tərbiyəsi və İdman komitəsi və Sosial yardım komitəsi, ictimai təşkilatların və RF Murmansk Gənclərlə iş idarəçiliyinin köməyi ilə, festivala hazırlığa və onun keçirilməsinə ümumi rəhbərlik edirdi.

Murmansk idarəçiliyi Bədən tərbiyəsi və İdman komitəsinin rəhbəri Andrey Avsyankin bildirdi ki, Murmansk hər zaman beynəlmiləl şəhər olmuş və olacaqdır.

"Bu şəhər Birinci Dünya müharibəsinin sonlarında salınmış, İkinci Dünya müharibəsindən sonra isə, müxtəlif xalqların nümayəndələrinin köməkliyi ilə, yenidən qurulmuşdur. Xoşbəxtlikdən, bu şəhər millətlərarası münaqişələrdən xəbərsizdir və bugünkü festival da, şəhərimizin sülh və əmin-amanlıq içində yaşamasına sübutdur".

"Çuvaşyen" birliyinin sədri Valerian Qavrilov dedi ki, Murmansk – onun ikinci vətənidir. "Uşaqlıqdan dənizi və gəmiləri çox sevərdim. Odur ki, çuvaş kəndlərindən birində orta məktəbi bitirdikdən sonra, Arxangelsk Dənizçilik məktəbinə oxumağa getdim. Diplomumu alıb işləmək üçün Murmanska təyin olundum. İndi burada evim, ailəm və sevimli işim var.Demək olar ki, Kola torpağında yaşayan bütün xalqların nümayəndələri, təqribən elə belə bir həyat yolu keçmişlər. Biz sülh və əmin-amanlıq içində yaşayırıq. Zapolyaryenin qüdrəti də məhz bundadır!"

Daha sonra çıxış edən müxtəlif millətlərin diaspor nümayəndələri, o cümlədən, RF Murmansk vilayəti İctimai palatasının üzvü və ÜAK-ın Murmansk vilayəti bölməsinin sədri Afil Hüseynov və başqa şəxslər qeyd etdilər ki, Murmansk şəhərində mini-futbolun inkişafı və yayılması, əhalinin bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olması, sağlam həyat tərzi - Qütb dairəsində dostluğun möhkəmlənməsinə, xalqlar arasında qarşılıqlı anlaşmaya, qardaşlıq ənənələrinin qorunmasına zəmindir.


Müxtəlif diasporaların nümayəndələri nəinki mini-futbolda yarışır, eləcə də, xalq mahnıları və rəqsləri də ifa edirdilər. Builki turnirdə səkkiz komanda iştirak edirdi: Azərbaycan, Çuvaşiya, Moldova, Gürcüstan, Belarusiya, Dağıstan, Qazaxıstan və Avrasiya. Avrasiya komandası - Qırğızıstan, Tacikistan və Özbəkistan oyunçulardan ibarət idi. Hər oyunun öz sevimli komandası ortaya çıxırdı. Qələbəyə namizəd olaraq, keçən oyunun qalibi - Qazaxstan konadasının adını çəkmək olardı.

Yarışmada, Murmansk şəhərində yaşayan bütün millətlərin diasporalarının, birliklərin və idarəçiliklərin yığmaları iştirak edirdilər.Proqrama mini-futboldan əlavə, rəqs və xor kollektivlərinin çıxışları da daxil edilmişdi. Demək lazımdır ki, bu çıxışlar idman proqramından heç də geri qalmırdı. Diaspor cəmiyyətləri möhtəşəm mahnı və rəqs nömrələri hazırlamışdı. Odur ki, oyunlararası fasilələrdə tamaşaçılar qətiyyən darıxmırdılar.

Bəzi komandaların tərkibində şəhərin və vilayətin aparıcı idman komandalarının oyunçuları da vardı. Məsələn, Qazaxıstan komandasında "Dinamo-DPY"-nin keçmiş oyunçusu, hazırda məşqçi - Dmitriy Malikov, Moldova komandasında "Murman" xokkey komandasının keçmiş oyunçusu, hazırda məşqçi - Andrey Markoviçenko vardı. Malikovun və Markoviçenkonun komandalarının qarşıdurma oyununda hesab 7:2 Qazaxıstanın xeyrinə həll oldu. Dağıstan komandası da yarımfinala çıxdı.İkinci qrupda Azərbaycan və Belorusiya komandaları uğurla irəliləyirdilər. Zaqafqaziya futbolistləri yarımfinalda 8:1 hesabı ilə Dağıstan komandasına qalib gəldilər. Belarusiya,həyəcanlı bir oyun keçirərək, 3:2 hesabı ilə Qazaxıstana qalib gəldi. Həlledici qol, təyin olunmuş əlavə zaman ərzində vurulmuş oldu. Final oyununda Azərbaycan və Belarusiya görüşdülər. Belaruslar 6:1 hesabı ilə oyunun qalibi oldular. Qazaxıstan isə Dağıstana 6:3 hesabı ilə qalib gələrək 3-cü yeri tutdu. Qaliblər xüsusi hədiyyələr və diplomlarla mükafatlandırıldılar. Bundan əlavə, kulinarların yarışmasında da hədiyyələr verildi,ciddi hakimlərin qərarı ilə birinci yerə Moldova, ikinci yerə özbək, üçüncü yerə isə Azərbaycan diasporası layiq görüldü.