İşə qəbul üçün müəyyən edilən yaş həddinin artırılması təklif olunur

18 Noyabr 2014 17:25 (UTC+04:00)

Azərbaycanda dövlət qurumlarında işə qəbul üçün müəyyən edilən yaş həddi artırılmalıdır. Movqe.az -ın məlumatına görə, bu təkliflə millət vəkili İqbal Ağazadə Milli Məclisdə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib. O, qeyd edib ki, dövlət qurumlarında işə düzəlmək üçün sınaq imtahanlarında yaş həddi 30-dur: "Azərbaycanda pensiyaya görə yaş həddi kişilər üçün 63, qadınlar üçün isə 59 olduğu halda, işə qəbula 30 yaşdan sonra məhdudiyyət qoyulması düzgün deyil".

İ.Ağazadə bildirib ki, dövlət qurumları bunu nəzərə almalıdır.