Nazir vətəndaşları qəbul edəcək

18 Noyabr 2014 18:55 (UTC+04:00)

Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev sabah Astara şəhərində vətəndaşları qəbul edəcək.

Movqe.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Mərkəzində  keçiriləcək qəbulda Lənkəran şəhər, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarından olan vətəndaşları müraciətlərinə baxılacaq. Bildirilir ki, qəbula düşmək istəyən vətəndaşlar qeydiyyatda olduqları rayonların aidiyyatı idarələrinə müraciət etməlidirlər.