Məşhur meyxanaçıya hökm oxundu

20 Noyabr 2014 19:46 (UTC+04:00)

Noyabrın 14-də B. Kürdəxanılıya hökm oxunub. Hökmə əsasən, o, 1 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, 1962-ci il təvəllüdlü Bayram Kürdəxanılı iyulun 12-də Bakıxanov qəsəbəsində, şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb.


Onun üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib.