500-ə yaxın suitinin cəsədi tapıldı

25 Noyabr 2014 11:15 (UTC+04:00)
Perunun Ankaş bölgəsindəki bir çimərlikdə 500-ə yaxın suitinin cəsədi tapılıb. Movqe.az xəbər verir ki, suitilərin ölüm səbəbi hələlik məlum deyil. Yerli səlahiyyətlilər balıqçıların heyvanları zəhərlədiyini iddia edir. Samanko bölgəsinin qubernatoru isə polis səlahiyyətlilərinə suitilərin fermerlər və balıqçılar tərəfindən zəhərləndiyini deyib. Səlahiyyətlilər hadisə haqqında istintaq açılacağını söyləyib. Bu il noyabrın əvvəlində Piura bölgəsində sahildə 187 suitinin cəsədi tapılıb.