Dilarə Əliyeva bu dəfə qonağının başına ilan atacaq
26 Noyabr 2014 17:17 (UTC+04:00)
"Mən qonaqlarıma qarşı əvvəlcədən sığortalanmışam". Movqe az
xəbər verir ki, bu sözləri Axşam.az-ın əməkdaşı ilə
söhbətində ATV kanalında yayımlanan "Səs verməyin!" verilişinin
aparıcısı, əməkdar artist Dilarə Əliyeva deyib. O, fərqli
ideyalarını bizimlə bölüşüb: Veriliş başlayandan böyük maraqla
qarşılandı. Qonaqlarımız arasında imtina edən, gəlməyən olmayıb.
Hamı da razı gedib. Biz qonaq seçərkən onun layihəmizə uyğun
olmasına diqqət edirik. Tamaşaçıların marağını çəkən isə bizim "Səs
verməyin" ifadəmizdir. Orijinallığımız budur. Səsin gəlməsi isə
qonaqlarımızı qıcıqlandırır. Amma buradan gələcək qonaqlarımıza
demək istəyirəm ki, hələ bu harasıdır. Gələn verilişdə o qutuya
ilan da qoyacağıq. Mən qonaqlarıma qarşı əvvəlcədən
sığortalanmışam. Veriliş üçün elə bir anons çəkdim ki… Özüm anonsda
ən pis obraza girdim. İndi kimsə narazılıq edəndə anonsu göstərirəm
ki, mən özüm də bu hala düşmüşəm".Qeyd edək ki, "Səs verməyin"
verilişi həftənin cümə axşamı saat 22:30-da yayımlanır.