Qanamanı 15 saniyədə dayandıran gel tapıldı

27 Noyabr 2014 11:44 (UTC+04:00)

Amerikada 21 yaşındakı gənc qanamanı 15 saniyədə dayandıran gel tapıb. Qanı yerindəcə laxtalaşdıran gel sayəsində yara bandına rhtiyac qalmayacaq. Gelin ilk  müştərisi isə ABŞ ordusu

olacaq.

Movqe.az xəbər verir ki, ABŞ-da 21 yaşındakı Joe Landolin adlı gənc15 saniyə ərzində qanamaları dayandıran gel hazırlayıb.  Təcili tibbi hallarda isə gel qanama olan bölgəyə şpris ilə vurula bilər və qanaxmanı dayandırmaq üçün başqa bir müdaxilə edilməsi lazım olmayacaq.  VetiGel adındakı gellə ciddi qəzalar nəticəsində qarşısı alınması çətin olan qanamaların dayandırılması və qan itkisindən reallaşan ölümlərin azaldılması hədəflənir.