Bakıda bıçaqlanma hadisəsi baş verib.Movqe az Lent.az-a istinadən xəbər verir ki, Zahid Xəlilov küçəsi ev 50, mənzil 35-də yaşayan 1976-cı il təvəllüdlü Məcidova Kəmalə Sevilxan qızı ağır bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, reanimasiya şöbəsinə yerləşdirilib və əməliyyat olunub.K.Məcidovanın yaxınları bildiriblər ki, onu həyat yoldaşı, 1987-ci il təvəllüdlü Məcidov Allahyar Ramiz oğlu bıçaqlayıb.Allahyar Məcidovun özündən 11 yaş böyük xanımını hansı səbəbdən bıçaqlaması məlum deyil.Faktla bağlı araşdırmalr aparılır.