Putin: “Rusiya ilə sanksiya və ultimatum dilində danışmaq olmaz”
28 Noyabr 2014 16:25 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin deyib ki, Qərbin tətbiq etdiyi
sanksiyalar legitim deyil və bu cür təzyiq beynəlxalq sabitliyə
təhlükə yaradır. "Bundan başqa, bu cür tədbirlər iqtisadi itkilərə
də səbəb olur".Movqe az Modern.az-a istinadən xəbər verir ki,
Putin bunu "Anadolu" agentliyinə müsahibəsində deyib. Onun
fikrincə, Rusiya ilə ultimatum və sanksiya dilində danışmaq
qəbuledilməz və perspektivsizdir: "Buna bizim cavabımız həmişə
olub". Rusiya prezidenti bu məsələlərdə Türkiyə
hakimiyyətinin davranışını yüksək qiymətləndirərək müstəqil
qərarlar qəbul edildiyini vurğulayıb: "Türkiyəli tərəfdaşlarımız öz
maraqlarını kimlərinsə siyasi ambisiyalarına görə qurban vermirlər.
Hesab edirəm ki, bu real düşünülmüş və uzaqgörən
hesablamadır".