Tolik oğlan axtarır, 4-nü birdən

28 Noyabr 2014 19:04 (UTC+04:00)

Prodüser Tolik (Tarix Əliyev) kastinq keçirir. Tabloid.az xəbər verir ki, prodüser bununla bağlı elan verib.

"ATV telekanalında yayımlanan "Kimdir nömrə 1" verilişinin Yeni il buraxılışı üçün konsert çəkilir. Mən orada Elton Con obrazında mahnı oxuyacağam. Çəkilişlərdə mənimlə bərabər çəkilmək üçün 4 oglan lazımdır. Fakturaları bir az oxşasa, və bir az artistlik qabiliyyətləri olsa kifayətdir".

Xatırladaq ki, Elton Con "Blue" qrupu ilə duet oxumuşdu. Belə çıxır ki, verilişdə həmin dueti yenidən izləyəcəyik.