Avstriya polisi İŞİD-i dəstəkləməkdə şübhəli bilinən 13 nəfəri saxlayıb

29 Noyabr 2014 13:18 (UTC+04:00)
Avstriya polisi İŞİD-i dəstəkləməkdə şübhəli bilinən 13 nəfəri saxlayıb. Movqe.az trend-ə istinadən xəbər verir ki , şübhəli şəxslər noyabrın 28-də keçirilən müxtəlif polis əməliyyatları zamanı paytaxt Vyanada, Grats şəhərində və Yuxarı Avstriya əyalətində saxlanılıblar.


Axtarış və həbs əməliyyatlarına təxminən 500 polis cəlb olunub. Məlumatda göstərilir ki, axtarış zamanı "terrorizmi təbliğ edən materiallar", nağd pul və kompüterlərdəki məlumatlar müsadirə edilib.

"İŞİD sıralarına ən azı 150 avstriyalı qoşulub". Bu barədə Avstriya Daxili İşlər Nazirliyi xəbər verir.