“Əl-İslah” qəzeti Qarabağdan yazıb

30 Noyabr 2014 23:06 (UTC+04:00)

Mərakeşin "Əl-İslah" qəzetində Azərbaycanla bağlı məqalələr dərc edilib. Movqe.az xəbər verir ki , bu barədə Azərbaycanın Mərakeşdəki səfirliyindən AzərTAc-a məlumat verilib.

Məqalələrdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə prinsiplərin müəyyənləşdirildiyi və artıq sülh sazişi üzərində işləməyin vacibliyi barədə fikirləri yer alıb. Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyi barədə rəsmi Bakının birmənalı mövqeyi oxucuların diqqətinə çatdırılıb.

Həmçinin Azərbaycanın işğal olunmuş Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinə məxsus "Mi-24" tipli helikopterin noyabrın 12-də məhv edilməsi barədə məlumat verilib. Azərbaycanın işğal altındakı ərazilərində Ermənistan ordusu tərəfindən davamlı olaraq təxribatların törədildiyi bildirilib.

Bundan başqa, Texas ştatından konqresmen Stiv Stokmanın Ermənistanın hərbi hava qüvvələri tərəfindən Azərbaycanın hava sərhədinin pozulması ilə bağlı bəyanatına da yer verilib.