Alimlər hansı qadınların kökəldiyini müəyyən ediblər

11 Aprel 2012 18:01 (UTC+04:00)

Avropalı alimlər hansı qadınların daha çox kökəlməyə meyilli olmasını müəyyən ediblər. Onların keçirdiyi sorğuda 25-46 yaş arasında olan qadınlar iştirak ediblər. Qeyd edək ki, bu qadınlar uşaq sahibidirlər.

 

Sübut olunub ki, analar qış aylarında bir neçə kilo kökəlirlər. Lakin evdar qadınlar digərlərindən fərqlənərək iki dəfə daha çox kökəlməyə meyillidirlər. Ən təəcüblüsü isə, aktiv həyat tərzi sürən qadınlarında kökəlmələridir.

 

Nəticədə sübut edilib ki, bunun günahkarı soyuq havadır. Araşdrıma zamanı qeyd olunub ki, soyuq iqlim şəraitində yaşayan qadınlar daha tez kökəlirlər.

 

Türkan Nadirqızı