Anri: "İngiltərədən gedəndə ağlayırdım"

2 Fevral 2015 16:15 (UTC+04:00)

Fəaliyyətini "Sky Sports" telekanalında idman eksperti kimi davam etdirən Tierri Anri "Arsenal"dan "Barcelona"ya transfer olunduğu vaxtı xatırlayıb.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, sabiq futbolçu Londonu tərk edəndə ağladığını etiraf edib.


"Arsenal"dan heç vaxt getmək istəməmişəm. Amma mənim 29 yaşım vardı və komandanın gələcəyində müəyyənlik görmürdüm. Arsen Vengerin qalıb-qalmayacağını da bilmirdim. İstənilən halda mənə çətin oldu. İngiltərəni tərk edəndə ağlayırdım. Bunu utanmadan etiraf edirəm. "Barcelona"ya gələndə Qvardiola dedi ki, komandada 4-cü hücumçu olacam və əsas heyətdə oynamağa lyiq olduğumu sübut etməliyəm. Bunu qəbul etdim, mübarizə aparmağa başladım. Rəqabət məni daha da gücləndirdi. Bəxtdən danışanda insanın özünün nə dərəcədə çalışdığını da nəzərə almalıdır. Əgər çalışsanız, sonda mütləq mükafat olacaq".