Fövqəladə Hallar Nazirliyinin təmsilçisi bürünc mükafatı qazandı
6 Fevral 2015 12:31 (UTC+04:00)
4-5 fevral tarixlərində Şağan Olimpiya mərkəzində Cüdo üzrə gənclər
arasında Azərbaycan çempionatı keçirilib.
Movqe.az xəbər verir ki, çempionata qatılan 36
komandadan 315 idmançı gücünü sınayıb. Fövqəladə Hallar
Nazirliyinin komandasıda yarışda iştirak edib. 73 kq çəkidə qurumu
təmsil edən Abdullayev Ucal çempionatın bürünc mükafatısı
olub.
Qeyd edək ki, yarışın Baş hakimi Zair Məmmədov, məşqçi Taleh
Sadıqov olub. Çempionat Olimpiya sistemi ilə keçirilib.

