Dünyanı qorxudan qərar

6 Fevral 2015 18:27 (UTC+04:00)

Vladimir Putin raketləri döyüşə hazırlıq vəziyyətə gətirdi.

Movqe.az xəbər verir ki, Rusiyanın 6 regionunda səyyar ballistik raket qurğuları döyüş vəziyyətinə gətirilib.

Bugun.az-ın anspress-ə istinadənməlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin Strateji Raket Qüvvələri üzrə nümayəndəsi polkovnik İqor Yeqorov məlumat verib.

Onun sözlərinə görə, söhbət "Topol", "Topol M" və "Yars" mobil raket qurğularından gedir.

O, qış patrul xidmətinin müddəti bu il təqribən 1 ay uzadılacağını deyib və həmin regionların adını açıqlamayıb.