Eynicinslilər evlənə biləcək - Yeni qərar

9 Fevral 2015 22:10 (UTC+04:00)

Yunanıstanın yeni hökuməti eynicinsli nikahları qanuniləşdirmək niyyətindədir. Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın ədliyyə naziri Nikolaos Paraskevopulos deyib. Nazir bunun nə vaxt baş verəcəyini dəqiq söyləməyib. Qeyd edək ki, Avropa İnsanlar Haqları Məhkəməsi daha əvvəl Yunanıstanı seksual azlıqları diskriminasiyaya görə tənqid etmişdi.